RƏNA HƏKİMİMİZ

 

RƏNA HƏKİMİMİZ 

Həkimlik sənətinin çətin və məsuliyyətli olduğunu hamımız yaxşı bilirik. İşini sevən, onun aludəsi olan, insanların sağlamlığının keşiyində duran vicdanlı həkimlərimiz çoxdur. Onlar hər sağaltdıqları xəstələrin sevincini yaşayır, onların sağlamlığı üçün əllərindən gələni edirlər. Həkimlik elə bir sənətdir ki, burada təkcə həkim biliyi kifayət eləmir, eyni zamanda natiqlik, insanlarla ünsiyyət də mühüm əhəmiyyət kəsb edir. Elə həkimlər var ki, onlarla dil tapmaq, nəsə barədə danışmaq çox çətin olur. Bəzən həkimlərin nə dediklərini belə anlamırsan. Belə həkimlərlə tələm-tələsik sağollaşıb vidalaşmaq istəyirsən. Ancaq elə həkimlər də var ki, onunla saatlarla söhbət etmək istəyirsən, ondan ayrılmaq istəmirsən. Belə insanlardan biri də KTM(Semaşko) həkim-nevroloq Muxtarova Rəna Niftalı qızıdır.

RƏNA HƏKİMİMİZ 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Qeyd edək ki, nümunəvi xidmətlərinə görə Rəna həkim media tərəfindən Fəxri mükafata layiq görülmüşdür. Onu təbrik edir, şərəfli və məsuliyyətli işində uğurlar arzulayırıq.

Əziz oxucular, Mahilə Qurbanovanın bu günlərdə qələmə aldığı "Rəna həkimimiz" şeirini sizə təqdim edirik:

 RƏNA HƏKİMİMİZ

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


RƏNA HƏKİMİMİZ!

 

Bir telli saz olub coşmaq istərəm,

Söz olub ürəklərə dolmaq istərəm.

Mənə söz verəndə danışmaq üçün,

Sözü həkimlərdən açmaq istərəm.


 Həm həkim,həm ana,gözəl bir insan,

Xidmətində yoxdur heç bircə nöqsan.

Mehriban nəfəsi şəfa mənbəyi,

İnsanlar görür ondan hər cür köməyi.


 "Hipokrat" andını içib şərəflə,

Xalqa xidmətedir böyük hörmətlə.

Əməyi, zəhməti dünya qədərdir,

Baxışları doğma,üzü gülərdir.


 Tanıyır insanlar bu doğma adı,

İşində ayırmaz doğmanı, yadı.

Deyir sağlam olsun Vətən övladı,

Çox yaraşır ona həkimlik adı.


 Sən cəmiyyətimizə taleh töhfəsi,

Qorusun Yaradan bu xoş nəfəsi.

Hörmətli ,dəyərli Rəna həkimimiz,

Sizə aiddir şeirimin hər bir kəlməsi!


Müəllif: Mahilə Qurbanova

İctimaifikir.az Xəbər Portalnın rəhbər müavini, müəllim, şairə.

 

RƏNA HƏKİMİMİZ

 

 

 

 

 

 

 

 


 

 

Eyni zamanda qeyd edək ki, Rəna həkimə həsr olunmuş video-rolikdə "RƏNA HƏKİMİMİZ" şeirini Qiraət üzrə respublika qalibi, qiraətçi Aytac Qurbanova Vətənsevər möhtəşəm şəkildə səsləndirmişdir.

 

Hazırladı:

İctimaifikir.az Xəbər Portalının rəhbəri

Nahidə Aslanqızı




[email protected]