SON XƏBƏRLƏR
Politico: Çinin ABŞ-dakı yeni səfiri mayın 23-də Vaşinqtona gedə bilər

Çin xarici işlər nazirinin müavini Se Fen bu ölkənin ABŞ-dakı səfiri vəzifəsini tutmaq üçün mayın 23-də Vaşinqtona gedə bilər.

 "Politico” qəzeti mənbəyə istinadla məlumat yayıb. Qəzetin məlumatına görə, Se Fenin ABŞ-a gəlişi iki ölkə arasında münasibətlərin Tayvan ətrafındakı vəziyyətlə əlaqədar son 50 ildə çox aşağı səviyyəyə düşdüyü, Birləşmiş Ştatların qitə hissəsində Çin aeorstatının aşkarlandığı və ticarətdə gərgin vəziyyətin olduğu vaxta təsadüf edir. Bu ona dəlalət edir ki, Pekin bu közün azalmasında maraqlıdır.

Məlumatda, həmçinin mayın 10-11-də ABŞ Prezidentinin köməkçisi Ceyk Sallivan ilə Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Xarici məsələlər üzrə komissiyası ofisinin rəhbəri, ÇKP MK Siyasi Bürosunun üzvü Van İ arasında Vyanada keçirilmiş görüş xatırladılır.

Bundan əlavə, yeni səfirin gəlişi ABŞ Prezidenti Cozef Baydenin Yaponiyada olarkən Pekinlə münasibətlərin tezliklə istiləşməsinə ümidini ifadə etdiyi fonda baş verir.

Daha əvvəl "The Wall Street Journal” Se Fenin ABŞ-a səfir təyin olunmasının mümkünlüyü barədə məlumat yayıb. Məlumata görə, ABŞ ilə uğurlu təmaslarda böyük təcrübəsi olan diplomatın səfir təyin edilməsi Pekinin Vaşinqtonla münaqişəyə deyil, qarşılıqlı əlaqələrə diqqət yetirməsindən xəbər verir.




[email protected]