SON XƏBƏRLƏR
Heydər Əliyev və Azərbaycan mədəniyyəti

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Fakültə: İbtidai təhsil
İxtisas: İbtidai sinif müəllimliyi
Qrup:2109 B
Tələbə: Eminli Fidan 
Elmi rəhbər: Gülnar Muxtarzadə
Mövzu: Heydər Əliyev və Azərbaycan mədəniyyəti


Heydər Əliyev və Azərbaycan mədəniyyəti
Azərbaycan öz mədəniyyəti, incəsənəti, milli- mənəvi dəyərləri ilə dünyada tanınmışdır.Xalqımızın milli- mənəvi dəyərlərinin kökləri çox - çox qədim zamanlara söykənir.Azərbaycan tarixində iqtisadi və mədəni inkişaf XII yüzillikdə ən yüksək mərhələyə çatmışdır.Bu dövrün mədəniyyətini intibah mədəniyyəti adlandırırlar.İntibah dövründə memarlıq, xalçaçılıq, incəsənət nümunələri, geniş şəkildə inkişaf etmişdir.Bir sözlə , Azərbaycan mədəniyyəti müxtəlif dövrlərdə inkişaf edərək bu günümüz ən yüksək pilləyə çatmışdır.Azərbaycan öz inkişaf mərhələlərində müxtəlif səxsiyyətlərin,dahi insanların əməyi nəticəsində yüksəlmişdir.
XX əsrdə isə xalqımızın mədəni həyatında yeni bir dövr başlanmışdır.Bu Ulu  öndər Heydər Əliyevin adı ilə bağlı olan bir dövrdür.Azərbaycanın böyük oğlu Heydər Əliyev həyat və fəaliyyətini müstəqil Azərbaycanın yaradılması və inkişafına həsr etmişdir.Ulu öndər deyirdi: " Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir.Bu xüsusiyyətlərdən ən yüksəyi,ən böyüyü mədəniyyətdir " . Məhz buna görə də Ulu öndər hakimiyyətdə olduğu bütün dövrlərdə xalqın mədəniyyətinin inkişafını həmişə diqqət mərkəzində saxlamışdır.Heydər Əliyev mədəniyyəti xalqın böyük sərvəti hesab edirdi.Bizim nəsil xoşbəxtdir ki, Heydər Əliyevlə bir dövrdə yaşamaq bizə nəsib oldu və Ulu öndərin mədəniyyətimizə, incəsənətimizə göstərdiyi böyük qayğının şahidi olduq.Mədəniyyətimizin elə sahəsi yoxdur ki, Heydər Əliyev qayğısından bəhrələnməsin.
Musiqimiz,teatrımız,kino sənətimiz, heykəltəraşlıq və rəssamlığımız, xalça sənətimiz də bugünkü inkişafında Ulu öndərin çox dəyərli ideyalarından bəhrələnib.Ulu öndərimiz hələ Sovet dövründə Azərbaycanın rəhbəri olduğu vaxtda da vətənimizin iqtisadiyyatının dirçəlməsinə çalışmışdı.Əhalinin yaşayış səviyyəsinin yaxşılaşmasına,elm və mədəniyyətin inkişaf etdirilməsinə böyük diqqət ayırmışdı.Nə qədər kino teatrlar,teatr binaları, muzeylər inşa olundu.Mədəniyyətimizin kadr potensialı gücləndirildi.SSRİ- nın ən nüfuzlu incəsənət yönlü ali məktəblərində Azərbaycan gəncləri təhsil alıb Bakıya dönürdülər.Heydər Əliyev bu kadrların inkişafı xüsusi səy göstərirdi Çünki onlar Azərbaycanın gələcəyi üçün gərəkli olacaqdılar.
Azərbaycan müstəqillik qazandıqdan sonra bir müddət mədəniyyətimiz böyük çətinliklər qarşısında qalsa da Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı sanki, Azərbaycan mədəniyyətinin də tərəqqisinə təkan verdi.Musiqi sənətimizin inkişafına xüsusi qayğı ilə yanaşan Ulu öndərin sərəncamı ilə bəstəkar və musiqişünaslar xüsusi qiymətləndirildilər.Onların bir çoxu " Şöhrət” ordeninə layiq görüldülər.Ulu öndərin hakimiyyət illərində muzey və kitabxana işi, rəssamlıq, heykəltəraşlıq, memarlıq sənəti də sürətlə inkişaf etmişdir.Bütün bunlarla yanaşı kino istehsalıda bərpa edildi.
Azərbaycan filminin fəaliyyətində canlanma hiss edilməyə başlandı.Həmçinin teatr fəaliyyəti də inkişaf etdi 
Ulu öndərimizin fəaliyyəti incəsənətimizin bu gün ən dəyərli mövzusudur.Onun haqqında çəkilən filmlər,yaradılan musiqi əsərləri və ədəbi əsərlər xalqımızın milli- mənəvi sərvətidir.Gələcək nəsillər onlardan çox şey öyrənəcəklər.
Ümumiyyətlə, Azərbaycan mədəniyyətinin inkişafından danışarkən Heydər Əliyev nitqinin danılmaz rolu olduğunun şahidi oluruq.Çünki Ulu öndərin söylədiyi cümlələrin bir çoxu aforizmə çevrilərək dillər əzbəri olmuşdur.O, siyasi natiq kimi də Azərbaycan mədəniyyətinə öz töhfəsini vermişdir.Onun nitqi qüsursuz, səlis, orfeopik qayda - qanunlara əsaslanır və bütün xalq üçün nümunə olmuşdur.
Müasir dünyada Azərbaycanın layiqli yer tutmasında böyük rolu olan Ulu öndər Heydər Əliyev öz təkrarolunmaz həyat fəaliyyəti ilə nə qədər qüdrətli bir insan olduğunu sübut etmişdir.
Təsadüfi deyildir ki, Heydər Əliyev " bütün dövrlərin böyük siyasi xadimi " kimi dəyərləndirilmişdir.Onun atdığı hər bir addım, söylədiyi fikirlər biz gənclər üçün örnəkdir.İstər siyasətdə, istər milli - mədəni dəyərlərimizin inkişafında ümumiyyətlə Azərbaycanın bütün sahələrinin inkişafında Heydər Əliyev rolu, əməyi danılmazdır.Hal- hazırda onun gördüyü işlərin davam etdirilməsində,vətənimizin müstəqilliyinin qorunub saxlanılmasında Ulu öndərin davamçısı İlham Əliyevin əməyi müstəsnadır.Çünki İlham Əliyev Ulu öndərimiz Heydər Əliyevin layiqli davamçısıdır.




[email protected]