SON XƏBƏRLƏR
Dahi Şəxsiyyət Heydər Əliyev istər Azərbaycanın, istərsə də dünyanın siyasi mühitinə LİDERLİK simvolu olaraq həkk olundu

 Dahi Şəxsiyyət Heydər Əliyev istər Azərbaycanın, istərsə də dünyanın siyasi mühitinə LİDERLİK simvolu olaraq həkk olundu
Rəhimova Rəqibə Cəfər qızı  
Göyçay şəhər 8 saylı Körpələr evi-uşaq bağçasının müdiri,
"Heydər Əliyev-100” media mükafatı laureatı

 
«Liderləri qalib edən nədir? Elə bir konkret keyfiyyəti ayırmaq çətindir ki, o qalibi məğlubdan fərqləndirsin. Liderlik ətrafında yaranan situasiyalar müxtəlif olur. Hər bir böhran liderə meydan oxuyur. Amma qalib gələn liderlərə məğlubiyyətlə barışmamaq qabiliyyəti xasdır. Onlar üçün qalibiyyətin alternativi yoxdur, odur ki, qələbə yolunu əvvəlcədən düşünür və əllərində olan bütün ehtiyatlardan istifadə edərək bu yolla gedirlər.»
Əsrlərin sınağından çıxmış liderliyin «Qələbə qanunu»nun ifadəsi olan bu sözlər bütünlükdə türk dünyasının əvəzolunmaz lideri Heydər Əliyev şəxsiyyətində ifadəsini tapmışdır. İki mərhələ üzrə Azərbaycana başçılıq etdiyi illərdə, Moskvada, SSRİ rəhbərliyində işlədiyi dövrdə, 1991-1993-cü illərdə Naxçıvan MR Ali Məclisinin Sədri olduğu müddətdə respublikanın üzləşdiyi ən çətin, bəlkə də başqa dövlət başçılarının öhdəsindən gələ bilmədiyi problemləri aradan qaldıran ulu öndər Heydər Əliyev qətiyyət, cəsarət tələb edən «güclü həmlə» qanunundan bəhrələnməyi də bacarırdı. Keçmiş SSRİ tarixində Siyasi Büro üzvlüyündən uzaqlaşdırılanlar arasında Heydər Əliyev istisna şəxsiyyət idi ki, xalqının qəlbində əbədi yaşayır. Siyasi analitiklərin sözləri ilə deyilsə öz komandası olmayan keçmiş SSRİ-nin rəhbəri Mixail Qorbaçovun ən güclü rəqibi ulu öndər Heydər Əliyev idi. Ermənilərin havadarı kimi artıq tarixə qovuşan «Dağlıq Qarabağ münaqişəsi»ni dəstəkləyən Qorbaçov ulu öndər Heydər Əliyevin zəkası qarşısında aciz olduğunu sonralar etiraf etmiş, onu təcrübəli siyasətçi adlandırmışdı. Siyasi fəaliyyəti dövründə «Bu sadəcə mümkün deyil! Bunu etmək olmaz!» sözləri dahi lider Heydər Əliyev üçün yad idi. «Əgər istək varsa, imkan da olacaqdır» ifadəsinin hikmətinə inanan ulu öndər Heydər Əliyev üçün Uinston Çörçillin bu sözləri daha xarakterik idi: « Və bax, budur dərs: Heç vaxt təslim olma… Heç vaxt, heç vaxt, heç vaxt, heç vaxt… Heç nədə, kiçik və ya böyük, əhəmiyyətli və ya əhəmiyyətsiz- heç vaxt təslim olmayın, vicdanın hökmündən və yaxşı zövqdən başqa.» Dərin təhlil, konseptual düşünmək, səbəb-nəticə əlaqələrini üzə çıxarmaq qabiliyyətinə malik ulu öndər Heydər Əliyev tarixdə az-az təsadüf olunan müdrik şəxsiyyətlərdən idi.
Kremldə çalışan, müxtəlif millətləri təmsil edən rəsmi şəxslərin o vaxt SSRİ Nazirlər Sovetinin Birinci müavini kimi ölkə iqtisadiyyatının ən ağır səhələrinə nəzarət edən Heydər Əliyev haqqında söylədikləri yüksək fikirlər Ulu Öndər haqqında yayılan böhtanlardan daha kəsərli və inandırıcı idi.
1990-cı ildə Mixail Qorbaçovun tapşırığına əsasən SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin hazırladığı plana uyğun törədilən 20 Yanvar faciəsini Moskvadakı Azərbaycan nümayəndəliyindəki çıxışı ilə lənətləyən, qırğını Azərbaycanın müstəqilliyinə qarşı siyasi təcavüz adlandıran fərdi təqaüdçü Heydər Əliyevə qarşı başlanan təzyiqlər də bu dahi şəxsiyyətə olan hörmət və ehtiramdan yaranan qısqanclıq idi. « Bu antihumanist, konstitusiyaya və hüquqa zidd hərəkəti ittiham edərkən Sov.İKP. MK və Azərbaycan KP MK-nın bu cinayətin üstünü açacağına və günahkarları üzə çıxaracağına ümid bəsləyirdim. Özümü ələ alıb səbrlə gözlədim. Çıxışlarıma cavab əvəzinə çox çəkmədi ki, «Pravda»dan başlayaraq partiyanın mətbu orqanlarında mənə qarşı hücumlar təşkil edildi» söyləyən ulu öndər Heydər Əliyevin o ağır günlərdə doğma xalqı ilə birliyini təsdiq edən tarixi çıxışının əhəmiyyətini «1990-cı illərin əvvəllərində - xalqımız üçün ən ağır dövrdə yenə də Heydər Əliyev öz liderlik keyfiyyətlərini göstərmiş, böyük cəsarət, vətənpərvərlik göstərmiş və qanlı 20 Yanvar hadisələrini Sovet İttifaqının mərkəzində, Moskva şəhərində pisləmişdir. Mən o günü yaxşı xatırlayıram. Mən fəxr edirəm ki, o gün atamla birlikdə idim və Heydər Əliyevin o qətiyyətli çıxışı, Vətəninə, xalqına olan bağlılığı bütün Azərbaycan xalqına bir daha göstərdi ki, o, xalqa bağlı olan böyük bir liderdir» bu sözləri ilə bildirən Prezident İlham Əliyevin vurğuladığı kimi, 1990-cı ildə Vətəninə qayıdan Ümummilli Liderə qurub-yaratdığı Azərbaycanda yaşamağa belə imkan verilmədi. Kremlin qolu bağlı qulu olan iqtidardakı səbatsızlar ulu öndər Heydərə Əliyevə olan ümumxalq etimadından qorxaraq ona təzyiqlər göstərdilər. Bakını tərk etməyə məcbur qalan, əsl azərbaycanlı olduğunu Azərbaycan naminə göstərdiyi xidmətləri ilə bildirən Heydər Əliyev Naxçıvana getdi. Naxçıvanlılar sevimli liderləri Heydər Əliyevi xilaskar kimi qarşıladılar.
 Dahi Şəxsiyyət Heydər Əliyev istər Azərbaycanın, istərsə də dünyanın siyasi mühitinə LİDERLİK simvolu olaraq həkk olundu
Naxçıvan MR Ali Məclisinin 17 noyabr 1990-cı il tarixli sessiyasına sıravi deputat kimi sədrlik edən Ulu Öndərin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin dövlət atributları- bayrağı, gerbi, himni bərpa olundu. Naxçıvan MR Ali Məclisinin Sədri seçildikdən sonra muxtar respublikada apardığı islahatlar, həyata keçirdiyi yeniliklər bütünlükdə Azərbaycanın müstəqilliyinin əbədiliyini təmin edən addımlar kimi tarixə yazıldı. O dövrdə ölkəni kütləvi rüşvətxorluq bürümüşdü. Heç bir dövlətçilik təcrübəsi olmayan AXC-Müsavat iqtidarının antimilli siyasəti xalqda böyük hiddət doğururdu. Ölkə demək olar ki, idarəolunmaz vəziyyətə düşmüşdü. Xaos, anarxiya kütləvi hal almışdı. İqtidarı təmsil edən qoçular küçələrdə əli silahlı gəzir, insanları incidirdilər. Torpaqlarımızın işğal altına düşməsi, yaranan iqtisadi, sənaye, hərbi, sosial böhran Azərbaycanın müstəqilliyinə böyük təhlükə yaradırdı. Çıxış yolu axtaran xalq ümidini Heydər Əliyevə bağlamışdı. «91-lər»in təəşəbbüsü ilə Yeni Azərbaycan Partiyasının yaradılması, Ulu Öndərin YAP-ın Sədri seçilməsi ilə insanlarda birlik, həmrəylik ruhu möhkəmləndi. Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər fenomen ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Gələcəyə inamını itirən xalqın dəvəti ilə 1993-cü ilin 9 iyununda Bakıya qayıdan, həmin ilin 15 iyununda Ali Sovetin Sədri , 3 oktyabrda keçirilən prezident seçkilərində ümumxalq etimadı qazanaraq dövlət başçısı seçilən ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin ikinci dövrü ölkəmizin müstəqillik salnaməsinin əbədi Zəfər tarixi oldu. Müdrik şəxsiyyət dövlətçiliyimizin mövcudluğuna böyük təhlükə olan 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısını aldı.
Siyasi və dövlət xadimi, sağlığında canlı əfsanəyə çevrilmiş fenomen şəxsiyyət kimi tanınan Azərbaycana rəhbərliyinin birinci dövründə Azərbaycanı iqtisadi tənəzzüldən xilas edən dahi şəxsiyyət Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndə də siyasi bacarığı, müdrikliyi ilə ölkəni vətəndaş müharibəsi təhlükəsindən, ictimai-siyasi pərakəndəlikdən xilas etdi, milli təfəkkürü formalaşdırdı, güclü şəxsiyyət kimi xalqını vahid məfkurə ətrafında birləşdirərək sabaha inam hissini artırdı. Ölkədə siyasi sabitliyi, demokratik islahatları təmin etdi, dövləti etibarlı əllərə tapşırdı. Azərbaycançılıq ideyasını milli –mənəvi dəyərlərimizi qoruyub təbliğ etməklə təkmilləşdirdi, Azərbaycanın müasir dünyada mövqeyini və yerini möhkəmləndirdi, . İqtisadiyyatı bütövlükdə dərin və uzunmüddətli böhranla üzləşən respublikanı yaranmış ağır vəziyyətdən qurtarmaq üçün çıxış yolu tapan, iqtisadi inkişafın prinsipial, konseptual yanaşma yollarını müəyyənləşdirən ulu öndər Heydər Əliyev əmin idi ki, millətin siyasi müstəqilliyinin özülünü onun iqtisadi cəhətdən azadlığı şərtləndirir.




[email protected]