Heydər Əliyev və ana dilimizin inkişaf yolu

 Heydər Əliyev və ana dilimizin inkişaf yolu

Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir.

Heydər Əliyev


Ulu öndər Heydər Əliyevin də dediyi kimi ana dili hər bir xalqın varlığını sübut edən əsas amildir. Ən dəyərli sərvətimiz olan dilimiz illərdir yaşayır və zənginləşir. Azərbaycan dilinin inkişafına dövlətimiz tərəfindən daim qayğı göstərilir. Ümummilli liderimiz Heydər Əliyevin olduqca geniş və zəngin elmi, mədəni irsində dil problemləri xüsusi yer tutur. Heydər Əliyevin əsərlərində Azərbaycan dili problemləri haqqında mühüm elmi-nəzəri fıkirlər var. Heydər Əliyev Azərbaycan dili ilə əlaqədar bir sıra tədbirlərin təşəbbüsçüsü və təşkilatçısı olmuşdur. Heydər Əliyev ana dilinə xalqın, millətin varhğınm ifadəçisi kimi baxırdı. Bu irsin elmi cəhətdən tədqiq edilib öyrənilməsi bu gün dilçilik baxımmdan Azərbaycan fılologiyasında aktuallıq təşkil edir.

1969-cu ildə Azərbaycana rəhbər seçilən ümummilli lider Heydər Əliyev respublikanın iqtisadi, ictimai-siyasi və mədəni-ideoloji həyatında dirçəliş yaratmaqla yanaşı, dil məsələsinə də xüsusi diqqət və qayğı göstərmişdir. Unudulmaz rəhbərin ilk gündən yeritdiyi dil siyasəti bir məqsədə xidmət etmişdir: ana dilini inkişaf etdirmək, onun dövlət statusunu reallaşdırmaq, dünya dilləri içərisində nüfuzunu artırmaq. Lakin həmin dövrdə rus dilinin mövqeyi respublikada hələ çox güclü idi – nəinki dövlət idarəçiliyi, cari təsərrüfat, xüsusilə, sənaye sahələrində də rus dilindən geniş istifadə olunur, kənddən şəhərə, respublikanın paytaxtına gələn gənclər bu baxımdan müəyyən çətinliklərlə rastlaşırdılar. Azərbaycan KP-nın qurultayları, MK-nın plenumları bir qayda olaraq rus dilində aparılırdı. Ümummilli lider Heydər Əliyev yaxşı bilirdi ki, Moskva ruslaşdırma siyasəti yürüdür, lakin bu qeyri-humanist, bayağı siyasət müxtəlif yollarla pərdələnir, Azərbaycan dili dövlətçilikdən, inzibati idarə sistemindən, elmdən, mədəniyyətdən, təhsildən sıxışdırılır, yalnız məişət dili səviyyəsinə endirilməyə çalışılırdı. Belə bir siyasət xalqını sevən rəhbərdə daxili etiraz doğurmaya bilməzdi.

Məlumdur ki, sovet dövrünün ehkamları respublika rəhbərlərindən bütün rəsmi tədbirlərdə yalnız rus dilində danışmağı tələb edirdi. Heydər Əliyev bu qaydanı formal olaraq pozmurdu, həqiqətən də, bütün qurultaylarda, plenumlarda məhz rus dilində çıxış edirdi. Lakin rəsmiyyətçilikdən kənara çıxmaq üçün azacıq imkan düşən kimi, o, Azərbaycan dilinə müraciət edirdi və demək olar ki, heç vaxt əvvəlcədən hazırlanmış mətnlərdən istifadə etmir, sözləri sinədən deyirdi. 1972-ci illərin ortalarında yazıçılardan biri ona "yoldaş Əliyev, Siz Azərbaycanca nə gözəl danışırsınız!” deyəndə, Heydər Əliyev gülümsəyərək belə cavab vermişdir: "Sən niyə mənim rusca gözəl danışmağıma deyil, azərbaycanca danışmağıma təəccüb edirsən? Bu dil mənim ana dilimdir, mən bu dili bilməliyəm! Eləcə də hamımız”. Bunlar adi sözlər deyildi. Bu sözlərin Azərbaycan ziyalılarının milli tərbiyəsinə təsirinin gücü ana dilinə uzun müddətdən bəri davam edən çox soyuq münasibətə son qoya bildi. Ümummilli liderimiz Heydər Əliyevin ana dilinə müraciət etməsi müəyyən mənada sanki gözlənilmədən, bədahətən idi.

Azərbaycanda dövlət dil siyasətinin yürüdülməsi 1991-ci ildən sonra xüsusi keyfıyyət qazandı. Müstəqil dövlətin iradəsini ifadə edən bu siyasəti Azərbaycan xalqınm ümummilli lideri yaratdı və həyata keçirdi.

"Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir” deyən H.Əliyev Azərbaycana rəhbərlik etməyə başladığı andan mədəniyyətimizə və mənəviyyatımıza dərindən bağlılığmı dönə-dönə sübut etmiş, öz siyasi təcrübəsi, yüksək intellekti ilə milli dilin inkişafı istiqamətində məqsədyönlü iş aparmış və bu siyasəti bütün çətinliklərə baxmayaraq, dönmədən həyata keçirmişdir.

Azərbaycan müstəqillik əldə etdikdən sonra dil məsələsinə baxışda müxtəlif ziddiyyətlər və fikir ayrılıqları meydana çıxmağa başladı. Bu, xüsusilə, AXC-Müsavat hakimiyyəti dövründə özünü daha qabarıq şəkildə büruzə verirdi. Bəzi qüvvələr heç bir məntiqi əsasa söykənmədən dövlət dilinin adının dəyişdirilməsini və "türk dili” adlandırılmasını təklif edirdilər. Uzun müzakirələrdən sonra 1992-ci ilin dekabrında Milli Məclisdə dövlət dili haqqında qanun müzakirə olunmuş və Azərbaycanda dövlət dilinin "türk dili” adlandırılması barədə qərar qəbul edilmişdi. Hətta "Türk dili” adlı dərsliklərin çapı da həyata keçirilmişdi.

Azərbaycan dilinə dövlət dili statusunun verilməsi ümummilli lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir. Ulu öndər bununla gələcək müstəqil dövlətçiliyin milli atributlarından birini məharətlə qorudu. Bundan sonra isə ana dilimizin inkişafı və qorunması sahəsində mühüm əhəmiyyətli tədbirlərin həyata keçirilməsinə nail oldu. Xalqın təkidli tələbi və xahişi ilə 1993-cü ildə yenidən siyasi hakimiyyətə gələn Heydər Əliyev digər sahələrdə olduğu kimi, milli-mənəvi adət və dəyərlərimizin qorunması, milliliyimizin inkişafı məsələsini diqqətdə saxladı. Azərbaycan dilinin işlənməsi və inkişaf etdirilməsi məsələsinə xüsusi önəm yetirən ümummilli lider ana dilimizi — Azərbaycan dilini özümüzə qaytardı.

Azərbaycan dilinin inkişaf və qorunması haqqında danışarkən Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi zamanı dil məsələsinə necə həssaslıqla yanaşmasının bir daha şahidi olduq. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul olunan Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapdı. Dövlət başçısı ana dilimizin tarixi keçmişi ilə yanaşı, mövcud durum və problemlərinə daim diqqət yetirərək bu istiqamətdə bir sıra vacib tədbirlərin həyata keçirilməsinə nail oldu. Ümummilli lider Heydər Əliyev dilimizin yeni inkişaf dönəmində yaranmış vəziyyəti nəzərə alaraq 2001-ci il iyunun 18-də "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman imzalamışdır.

Müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi cəhətdən müstəsna əhəmiyyəti olan bu tarixi fərman dövlət dili ilə bağlı hərtərəfli və geniş məlumatları özündə ehtiva edir. Bu fərmanla həmçinin Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradılmışdır. Qanunvericilik bazasının möhkəmləndirilməsi baxımından çox mühüm addımlar atılmaqla bərabər dilimizin daha da inkişaf etdirilməsi və gənc nəslə sevdirilməsi ilə bağlı tədbirlər sırasında 9 avqust 2001-ci il tarixli fərmanı ilə Azərbaycan əlifbası və Azərbaycan dili

günü təsis edilmişdir. Bu fərmana əsasən, hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Sözsüz ki, bu istiqamətdə aparılan siyasətin ən vacib təkib hissələrindən biri də "Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsidir.

30 sentyabr 2002-ci ildə qəbul edilmiş qanuna əsasən, Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır. Həmin qanun Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq ölkədə Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu nizamlayır.

Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasət hazırda ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Ölkə başçısının 2004-cü il yanvarın 12-də imzaladığı "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" sərəncamı bunun bariz nümunəsidir.

 

 Heydər Əliyev və ana dilimizin inkişaf yolu
Gülnar Muxtarzadə
ADPU-nun Azərbaycan dilçiliyi kafedrasının müəllimi 



[email protected]