Finlandiyada aşırı-sağçı qüvvələrin hökumətə daxil olma ehtimalı artır

Finlandiyada aşırı-sağçı qüvvələrin hökumətə daxil olma ehtimalı artır.

ictimaifikir.az Finlandiya mətbuatına istinadən xəbər verir ki, Finlandiyanın mühafizəkar Milli Koalisiya Partiyası ölkənin yeni hökumətinin formalaşdırılması üçün ifrat sağçı, anti-immiqrasiya Əsl Finlər Partiyası və digər iki kiçik qrupla rəsmi koalisiya danışıqlarına başlayacağını elan edib.

Partiyasının aprelin 2-də keçirilən seçkilərdə birinci yeri qazanmasından sonra baş nazir postunda Sosial Demokrat Sanna Marinin yerinə keçməsi ehtimalı yüksək olan Petteri Orpo tezliklə danışıqlara başlayacağını açıqlayıb. Mühafizəkarlarla aşırı- sağçılar arasında razılıq əldə olunarsa, iyuna kimi yeni koalisiya nümayəndələrindən ibarət hökumət formalaşmalıdır.

Petteri Orpo cümə axşamı jurnalistlərə deyib: "Bizi həqiqətən böyük problemlər gözləyir, çətin qərarlar qəbul etməliyik və islahatlar aparmalıyıq".

Milli Koalisiya partiyası 200 yerlik parlamentdə 48 yer, Əsl Finlər partiyası 46, daha əvvəl hakimiyyətdə olan sol mərkəzçi Sosial Demokrat Partiyası isə parlamentdə 43 yer qazanmaqla üçüncü olub.

Orpo etiraf edib ki, onun üstünlük verdiyi tərəfdaşlar beş yer qazanmış Xristian Demokratlar və Finlandiyanın isveçdilli azlığını təmsil edən İsveç Xalq Partiyasıdır. Dörd partiyalı koalisiya yaranarsa 108 yerlik cüzi əksəriyyətə malik olacaq.

Mühafizəkarlar hökumət xərclərini kəskin şəkildə cilovlamağı və boş vakant iş yerlərini doldurmaq və ölkənin iqtisadi inkişafını artırmaq üçün seçmə əmək immiqrasiyasının miqyasını artırmağı vəd edən kampaniya platformasında seçkidə qalib gəlib.

Əsl Finlər Partiyası isə öz növbəsində bu planlara qəti şəkildə qarşı çıxır və həmçinin uzunmüddətli məqsəd kimi ölkənin Aİ-dən çıxmasını tələb etməkdə davam edir. Bu partiya, Finlandiyanın 2035-ci ilə qədər sıfır karbon hədəfinə çatmasını təxirə salmaq istədiyini nəzərə alsaq, bunun Mühafizəkarlar Partiyasının daha möhtədil üzvləri, deputatlar və bir sıra seçicilər üçün keçilməz maneə ola biləcəyi də qeyd olunmalıdır.

İfrat sağçı "Əsl Finlər” partiyasının lideri Riikka Purra etiraf edib ki, tərəfdaşlar arasında böyük fikir ayrılıqları var, lakin onun partiyası yeni koalisiyanın bir hissəsi olmaqda qərarlıdır. Purra, immiqrasiya sahəsinin "danışıqlar məsələsi" adlandıraraq, "Danışıqlar ilə razılıq əldə edilə bilməyəcək qədər ciddi bir şey yoxdur", - deyə bildirib.

Bu arada, Finlandiya cəmiyyətində bir sıra ekspertlər xəbərdarlıq edərək, bu koalisiyanın formalaşdığı təqdirdə ölkənin yeni tarixində ən sağçı hökumətin meydana çıxa biləcəyini bildirir.




[email protected]