ABŞ-da iki helikopter qəzaya uğrayıb

ABŞ-ın Alyaska ştatında ölkənin Hərbi Hava Qüvvələrinə məxsus iki helikopter qəzaya uğrayıb.

ictimaifikir.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Elmendorf-Riçardson Birgə Bazasının nümayəndəsinə istinadən "Associated Press" agentliyi məlumat yayıb.

Məlumata əsasən, iki "AH-64 Apache" helikopteri Hili yaşayış məntəqəsi yaxınlığında təlim uçuşundan qayıdarkən qəzaya uğrayıb. Hər helikopterin göyərtəsində iki nəfər olub, onların vəziyyəti məlum deyil.

Qəzanın səbəbi araşdırılır. Hadisə yerində xilasedicilər işləyir.





[email protected]