Aleksandar Vuçiç Serb Tərəqqi Partiyasının sədri vəzifəsindən istefa verəcək

Serbiya Prezidenti Aleksandar Vuçiç hakim Serb Tərəqqi Partiyasının sədri vəzifəsindən istefa verəcək.

ictimaifikir.azxəbər verir ki, A.Vuçiç mayın 27-də partiyanın növbədənkənar iclasını çağırıb. Növbədənkənar iclasın çağırılması barədə qərar partiyanın rəsmi saytında da dərc olunub.

A.Vuçiçin Serb Tərəqqi Partiyasının lideri postundan istefa verəcəyi, lakin partiyanın üzvü kimi qalacağı bildirilir.

Qeyd edək ki, Serbiya Prezidenti yeni siyasi hərəkat yaratmaq niyyətində olduğunu açıqlayıb.




[email protected]