SON XƏBƏRLƏR
Canıydı, qanıydı, can Azərbaycan!


 
Mahilə Qurbanova
"ictimaifikir.az” xəbər portalının rəhbər müavini, 
"Peşəkar jurnalist” media mükafatı laureatı


 
 
 
 
 
 
 
 
 

Məhəbbət doluyam,sevgi doluyam,  
Sinəsi alovlu odlar yurdluyam.
Memarı Ulu öndər Heydər babanın,
Qurduğu  dövlətin  mən övladıyam.

Müstəqillik idi onun amalı,
Köksünə yazmışdı o bu şüarı.
Tarixə, bəşərə, ada sığmayan,
O idi xalqının tək xilaskarı.

Daim fəxr edərdi Azərbaycanla,
Şeiri, sənəti, həm muğamıyla.
Yaratdı Azərbaycanı xalqa inamla,
Yaratdı tarixlə, günlə, zamanla.

Sevirdi qocanı, həm də cavanı,
Hər kəsə verərdi haqqı olanı.
Görərdi hər insan ondan qayğını,
Xalqa göstərirdi öz dayağını.

Bir dərdi var idi onu dağlayan,
Nigaran idi o tək Qarabağdan!
Düşmən  əl çəkmirdi torpağımızdan!
Qəlbi sızlayırdı  bu ağrımızdan!

-"Şuşaya gedəcəyik!" onsuz demişdi,
Ata nəsihətin də belə vermişdi.
Ona sadiq olan dəmir yumruqdan
Tarix oğullar da yetişdirmişdi!

İndi ruhu şaddır Heydər babanın,
Çünkü  bayraqları Azərbaycanın
Şuşada, Laçında, Qarabağdadır!
Qarabağ bizimdir Azərbaycandır!!!

Titrək  səslə söylədiyi: - "Ayrılarmı könül candan?"
Unudulmur yaddaşlardan o möhtəşəm an!
Köksündə qövr edən, coşan, çağlayan,
Canıydı, qanıydı, can Azərbaycan!!!




[email protected]