SON XƏBƏRLƏR
Üç quru yük gəmisi Ukrayna limanlarını tərk edib

Təxminən 70 min ton ərzaq daşıyan üç quru yük gəmisi şənbə günü Ukrayna limanlarını tərk edib.

ictimaifikir.az xəbər verir ki, bu barədə Birgə Koordinasiya Mərkəzi məlumat yayıb.

Məlumata əsasən, "Lady Ayana” quru yük gəmisi Misirə 14 068 ton qarğıdalı və 11 939 ton soya aparır. "AK Halima” gəmisi İtaliyaya 11 min 755 ton qarğıdalı və 11 min 209 ton buğda, "Eagle Trader” gəmisi isə Fransaya 20,2 min ton günəbaxan unu çatdıracaq.

Ukraynanın üç limanından ixrac edilən taxıl və digər kənd təsərrüfatı məhsullarının ümumi həcmi 22 232 894 ton təşkil edir. Razılaşdırılmış gəmi hərəkətlərinin ümumi sayı 1521-dir.




[email protected]