SON XƏBƏRLƏR
Alman rok qrupunun konsertində zəlzələ qurbanları üçün 1 milyon avrodan çox vəsait toplanıb

Almaniyan rok qrupu "Die Toten Hosennun” Türkiyə və Suriyadakı zəlzələdən zərər çəkənlərə yardım məqsədilə təşkil etdiyi konsertdə 1 milyon avrodan çox vəsait toplanıb.

ictimaifikir.az"TRT Haber”ə istinadla xəbər verir ki, Düsseldorf şəhərində təşkil edilən konsertdən əvvəl satışa çıxarılan biletlər 1 saat ərzində satılıb qurtarıb.

Qrupun aparıcısı, müğənni Campino zəlzələ səbəbindən, yalnız təbii fəlakətdən zərər çəkənlərə yardım etmək üçün belə bir konsert təşkil etdiklərini bildirib: "10 min adamın izlədiyi konsertdən əldə olunan bütün gəlirlər zəlzələnin fəlakətini yaşayanlara bağışlanacaq”.

Qeyd edək ki, bu rok qrupu 1982-ci ildə Düsseldorf şəhərində yaradılıb və hazırda ölkənin ən uğurlu musiqi qruplarındandır. Qrupun fəaliyyəti canlı konsertlərə və ictimaiyyətlə yaxın ünsiyyətə yönəlib.

 




[email protected]