SON XƏBƏRLƏR
Ağ Ev: ABŞ səmasında vurulan obyektlərin Çinə aid olması barədə heç bir məlumat yoxdur

Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi ABŞ hava məkanında aşkarlanaraq vurulan üç uçan obyektin Çin və ya hər hansı digər ölkənin kəşfiyyat fəaliyyətində iştirak etdiyinə dair heç bir məlumatın olmadığını deyib.

ictimaifikir.azxəbər verir ki, o, onlayn mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən bu barədə danışıb.

Kirbi bildirib ki, bu obyektlərin kommersiya və ya təhlükəli olmayan fəaliyyət üçün havada olduğuna dair fikirlər var.

Ağ Ev rəsmisi vurulan obyektin qalıqları əldə edildikdən sonra dəqiq məlumatların olacağını diqqətə çatdırıb. Obyektlərin qalıqlarının çıxarılması işlərinin hava şəraiti səbəbindən çətin olduğunu söyləyib. O deyib ki, hazırda ABŞ hava məkanında heç bir obyekt izlənilmir.

Qeyd edək ki, ABŞ hava sahəsində görünən şarabənzər naməlum obyektlərin Çinə məxsus olduğu barədə fikirlər var idi. Vaşinqton bunu Çinin "casus şarı” olduğunu bildirərək, Pekindən açıqlama tələb etmişdi.




[email protected]