SON XƏBƏRLƏR
“Tolerantlığın ünvanı – Azərbaycan”

 “Tolerantlığın ünvanı – Azərbaycan”

Əsədova Lalə Şahbaz qızı

ADPU-nun nəzdində Azərbaycan

Pedaqoji Kollecinin İngilis dili müəllimi

 

 

Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir.

Heydər Əliyev

Azərbaycan xalqının Ümummilli Lideri


Azərbaycan özü nadir bir məkandır və bu məkanda tarix boyu bir çox sivilizasiyalar, mədəniyyətlər bir-biri ilə qovuşur. Azərbaycan bəşər sivilizasiyasının müasir formada təşəkkülündə, xalqlar və dövlətlər arasında sülhün və bərabərliyin təmin olunmasında müstəsna rola malikdir.

Müasir Azərbaycan cəmiyyəti bəşəri dəyərlərə hörmətlə yanaşaraq özünə xas olan milli-mənəvi dəyərlər, mədəni etnik rəngarəngliyi mühafizə etməklə, sivilizasiyaların dialoqunu dəstəkləyir. Həm Qərb, həm də Şərq sivilizasiyasının dəyərlərini özündə ehtiva edən Azərbaycan mədəniyyətinin ümumdünya tarixi prosesində əvəzsiz xidməti vardır. Müasir dövrdə Azərbaycanın qloballaşan dünyadakı yeri kifayət qədər böyük, onun inkişaf perspektivləri isə dünyanın gələcəyi baxımından olduqca əhəmiyyətlidir. Qeyd edək ki, dünyada bütün sivilizasiyalar ölkələr üçün eyni formada və istiqamətdə cərəyan edə bilməz və ona görə heç də təsadüfi deyil ki, bu məsələdə özünəməxsusluq labüd şərt kimi özünü göstərir. Azərbaycan mədəniyyətinin dünyada tanıdılması ilə bağlı həyata keçirilən geniş tədbirlər planının uğurla aparılması işi Azərbaycan dövlətinin, onun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın dəstəyi, himayəsi və bilavasitə iştirakı nəticəsində mümkün olmuşdur.Məhz Heydər Əliyev Fondunun keçirdiyi "Tolerantlığın ünvanı – Azərbaycan” layihəsi Azərbaycan mədəniyyətinin dünyada yaxından tanıdılması istiqamətində dövlətimizin uğurla həyata keçirdiyi genişmiqyaslı beynəlxalq tədbirlər, eyni zamanda sivilizasiyalararası dialoqun konstruktiv əsaslarda baş tutması yolunda atılan olduqca vacib, aktual və xeyirxah addımlardan biridir.

Bu gün əminliklə deyə bilərik ki, Azərbaycan siyasi və iqtisadi maraqların, dinlərin, mədəniyyətlərin, sivilizasiyaların da qovuşduğu və bir-birini qarşılıqlı surətdə tamamladığı, multikultural, tolerant ölkələrdən birinə çevrilmişdir.

 

 

,


[email protected]