SON XƏBƏRLƏR
Pakistanda “Qarabağ Azərbaycandır!”, “Zəfər Günü” adlı fləşmoblar keçirilib

Azərbaycan Respublikasının Pakistandakı səfirliyi bu ölkənin aparıcı beyin mərkəzlərindən olan Müslim İnstitutu ilə birgə bu ölkədə Azərbaycanın Zəfər Gününə həsr olunan fləşmoblar keçirib.

Səfirlikdən  bildirilib ki, fləşmoblarda "Qarabağ Azərbaycandır!”, "Azərbaycanın Zəfər Günü” şüarları, həmçinin Azərbaycan–Pakistan–Türkiyə bayraqları, eləcə də Qarabağın simvolu olan Xarıbülbül çiçəyi əks olunub.

Fləşmoblarda 800-dən artıq pakistanlı iştirak edib.




[email protected]