Tərtərdə silah-sursat aşkarlanıb
Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində silah-sursat aşkar edilib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Tərtər RPŞ-nin əməkdaşları xidmətdə olan zaman Həsənqaya kəndi ərazisində 1 ədəd pulemyot və 89 ədəd patron aşkar edərək götürüblər.
Faktla bağlı araşdırma aparılır.
[email protected]