Mayın 25-də saat 3 radələrində Yasamal Rayon Polis İdarəsinin 29-cu polis şöbəsinə üç nəfərin Bakı şəhər sakini E.Məmmədovu döyərək 2000 manat məbləğində pulunu almaları barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ü.Hacıyev, Lənkəran rayon sakini R.Əhmədzadə və Cəlilabad rayon sakini S.Əsgərov müəyyənləşdirilərək saxlanılıblar.
Faktla bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.