Son sutkada 43 min 113 nəfər vaksinasiya olunub

Oktyabrın 31-də Azərbaycanda 43 min 113 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan xezerxeber.az-a bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 31 min 89, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 12 min 24 nəfər təşkil edib.

Azərbaycanda bu günədək vurulan vaksinlərin ümumi sayı 9 milyon 660 min 868, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 258 min 418, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 402 min 450 nəfərə çatıb.




[email protected]