Azərbaycan dünya arenasında yüksək nüfuz qazanıb - Vladimir Putin

Azərbaycan sosial-iqtisadi, elmi-texniki və digər sahələrdə nəzərəçarpan uğurlara nail olub. Sizin ölkəniz dünya arenasında yüksək nüfuz qazanıb, beynəlxalq gündəlikdəki çoxsaylı mühüm məsələlərin həllində fəal rol oynayır.

Azərbaycan dünya arenasında yüksək nüfuz qazanıb - Vladimir Putin 

Bunu Rusiya Federasiyasının Prezidenti Vladimir Putin 28 May - Respublika Günü münasibətilə Prezident İlham Əliyevə ünvanladığı məktubda deyib.

Rusiya Prezidenti bildirib: "Biz Azərbaycan ilə mehriban dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanan münasibətləri yüksək qiymətləndiririk. Əminəm ki, biz birgə səylərimizlə bundan sonra da xalqlarımızın rifahı, regional təhlükəsizliyin və sabitliyin təmin edilməsi naminə bütün sahələrdə strateji tərəfdaşlığı və səmərəli əməkdaşlığı hərtərəfli möhkəmləndirəcəyik".




[email protected]