Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolu artmaqdadır - Deputat

Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolu ardıcıl olaraq artmaqdadır. Bu da səbəbsiz deyil. Çünki Azərbaycan Prezidenti Cənubi Qafqaz kimi mürəkkəb və çətin bir regionda ümumi maraqlara xidmət edən unikal tərəfdaşlıq platformaları yarada bilib. Bu isə olkəmizin strateji məsələlərdə rolunu daha da artırır.

Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolu artmaqdadır - Deputat

Bunu Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Deputat bildirib ki, artıq uzun illərdir həyata keçirilən enerji layihələri Qərbin enerji təhlükəsizliyi üçün mühüm strateji alternativə çevirilib: "Buna paralel olaraq yeni nəqliyyat kommunikasiyalarını yaradıb, Böyük İpək yolunun orta dəhlizi üçün Bakı-Tibilisi-Qars dəmiryolunun timsalında əlverişli və təhlükəsiz nəqliyyat rabitəsini təmin edib. Cənub Qaz dəhlizi ayrıca bir tarixi hadisə olmaqla 21-ci əsrin müqaviləsi hesab edilir. Bütün bunlar yalnız enerji sahəsində Azərbaycanın yaratdığı strateji reallıqlardır. Bundan başqa, ölkəmiz bir sıra beynəxalq təşkilatlarda təmsil olunmaq və onlara rəhbərlik etmək təcrübəsində də yeni realıqlar yaratmağı, təşəbbüskar olmağı bacarıb.

Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi bu təşkilata rəhbərlik edərkən benəlxalq hüququn təmin edilməsi, dövlətlərin ərazi bütövlüyünün qorunması, aqressiya və təcavüzün qarşısının alınması kimi mühüm təşəbbüslərlə çıxış edib".

Deputat qeyd edib ki, Azərbaycan qoşulmama hərəaktının rəhbəri kimi qobal pandemiya başlayandan bəri çoxsaylı tədbirlər həyata keçirib, hətta mövzu ilə bağlı BMT Baş Asammbleyasının xüsusi iclasının keçirilməsinə nail olub:

"İnkulizivlik, bərabərlik, Covid-19-a qarşı birgə mübarizə üçün ortaq resursların səfərbər edilməsinin təşkili istiqamətində mühüm addımlar atılıb. Eyni zamanda, ikitərəfli münasibətlərdə ayrı-ayrı ölkələrlə və beynəlxalq təşkilatlarla nümunəvi tərəfdaşlıq platformaları yaradılıb. Bütün bunlar isə Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyətinin daim diqqət mərkəzində olması və təqdir edilməsini şərtləndirib.

Ona görə də 28 May - Respublika Günü münasibətilə Azərbaycan Prezidentinin ünvanına gələn təbrik məktublarının məzmununda bu strateji məsələlər və onların öz həlini tapmasında Prezident İlham Əliyevin rolu xüsusilə vurğulanır. Bu isə xalqımız və dövlərimiz adına hər birimizdə qürur yaradır".




[email protected]