"Qarabağ Azərbaycandır!" - 2019-cu ildə son çıxışında Prezident İlham Əliyevin əsas müraciəti idi. Biz 2020-ci ilin sonuna və 2021-ci ilin əvvəlinə yaxınlaşırıq: "Qarabağ Azərbaycandır".
Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter" hesabında bildirib.
H.Hacıyev bildirib: "Mən artıq Yeni il tvitlərimdə - Yeni il Şuşada, işğala son kimi tvitlər yazmayacağam. Təbrik edirəm!".