"Erməni işğalından azad edilmiş rayonlarımızdakı vəziyyət, bunların pərpası, sosial-iqtisadi vəziyyətinin tam Azərbaycanın əsas hissəsi ilə uyğunlaşdırılması, həyatın tam şəkildə bərpası və ermənilərin öldürdüyü həyat əlamətlərinin tamamilə bərpa edilməsi hazırda dövlət siyasətinin çox mühüm istiqamətlərindən biridir".
Bunu Milli.Az-a açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.
Ekspert bildirib ki, Heydər Əliyev Fondunun və "Bravo" marketlər şəbəkəsinin həyata keçirdiyi təşəbbüs həmin ərazilərdə xidmət edən hərbi qulluqçularımıza, əsgərlərimizə göstərilən ictimai və dövlət qayğısının tərkib hissəsi kimi əhəmiyyətlidir:
"Bu istiqamətdə müvafiq dövlət orqanlarının atdığı addımlarla bərabər böyük ictimai təşkilatlar, özəl sektor təmsilçilərinin də atdıqları addımlar təqdirəlayiqdir. O cümlədən bu günlərdə Heydər Əliyev Fondunun və "Bravo" marketlər şəbəkəsinin birgə təşəbbüsü ilə işğaldan azad edilmiş rayonlarımızda həyata keçirilən tədbirlər, dövlətin bu istiqamətdə gördüyü işlərə mühüm dəstəkdir, əhəmiyyətlidir və işğaldan azad edilmiş rayonlarımızın Azərbaycanın əsas hissəsi ilə bütün cəhətlərdən tam şəkildə, bərabərləşdirilməsində və eyniləşdirilməsində böyük rol oynayacaq. Azad edilmiş rayonlarda xidmət keçən hərbi qulluqçularımız ölkənin başqa yerlərində hərbi xidmətdə olan qulluqçulardan bir qədər fərqli şəraitdə fəaliyyət göstərirlər. Ən müxtəlif nöqteyi nəzərlərdən, istər təhlükəsizlik, istər rahatlıq və s. kimi məsələrlə bağlı azad edilmiş rayonlarımızda xidmət keçən hərbi qulluqçuların vəziyyəti daha diqqət və qayğı tələb edəndir. Onlar daha həssas vəziyyətdədirlər. Düzdür, hərbi qulluqçularımız ölkənin hansı yerində olsun, çox vacib missiyanı yerinə yetirsələr də, ancaq Azərbaycanın başqa bölgələrində xidmət edən hərbi qulluqçularla müqayisədə hamı bilir ki, işğaldan azad edilmiş ərazilərimizdəki hərbiçilərin xidməti daha çox diqqət tələb edən bir istiqamətdir. Ona görə bu istiqamətdə Heydər Əliyev Fondunun və "Bravo" marketlər şəbəkəsinin həyata keçirdiyi təşəbbüs həmin ərazilərdə xidmət edən hərbi qulluqçularımıza, əsgərlərimizə göstərilən ictimi ivə dövlət qayğısının tərkib hissəsi kimi əhəmiyyətlidir. Bu, insanlara bir daha xatırlatmaqdır ki, onlar nə qədər çətin şəraitdə xidmət göstərsələr də, Azərbaycanın ayrılmayan tərkib hissəsi və bir parçasıdırlar. Onlara mesaj verildi ki, hansı şəraitdə olmaqlarından asılı olmayaraq onlar tək deyillər, bütün Azərbaycan, özəl sektor, böyük ictimai qurumlar və dövlət həmin hərbi qulluqçuların arxasındadır. Ona görə də haqqında danışdığımız bu təşəbbüsü işğaldan azad olunmuş bölgələrimizdə xidmət keçən hərbi qulluqçulara çox əhəmiyyətli mesaj və dəstək kimi qiymətləndirmək olar. Bu, eyni zamanda dünya üçün də maraqlı mesajdır. Çünki Heydər Əliyev Fondu və "Bravo" marketlər şəbəkəsi bu aksiya ilə bütün dünyaya mesaj verirlər ki, işğaldan azad edilmiş bölgələrimizin bərpasında hər bir Azərbaycan vətəndaşı və hər bir Azərbaycan strukturu maraqlıdır, müyyən iş görmək iqtidarındadır və özünün imkanlarını zərrə qədər də olsun mənimsəməyəcək".
A.Quliyev qeyd edib ki, Heydər Əliyev Fondu ilə "Bravo" marketlər şəbəkəsinin həyata keçirdiyi bu təşəbbüsü qaralamaq istəyən müəyyən qüvvələr özlərini Azərbaycandakı bütün proseslərdən kənarda qoymaq yolunu tutublar:
"Bu, eyni zamanda ölkəmizin başqa ictimai təşkilatlarına və özəl sektor təmsilçilərinə də bir mesajdır ki, heç kim yeni ərazilərimizin bərpa prosesində və buralarda xidmət göstərən hərbçilərə qayğı və dəstək prosesindən qəti şəkildə kənarda qala bilməzlər. O ki qaldı bu kimi vətənpərvər və dövlətçilik məzmunu daşıyan əhəmiyyətli fəaliyyətə qarayaxma hallarına, bunlar heç bir halda təqdir oluna bilməz. Və Heydər Əliyev Fondu ilə "Bravo" marketlər şəbəkəsinin həyata keçirdiyi bu təşəbbüsə də müxalifətçilik konteksindən yanaşmaq, onu qaralamaq bir daha sübut edir ki, müəyyən qüvvələr özlərini Azərbaycandakı bütün proseslərdən kənarda qoymaq yolunu tutublar. Onlar bunu şüurlu və yaxud da ki, qeyri-iradi olaraq həyata keçirmələrindən asılı olmayaraq bütün hallarda ölkəmizdə gedən proseslərin əsas istiqamətindən və əsas ağırlığından özlərini kənarda qoymuş olurlar. Bu, bir daha sübut edir ki, ölkəmizdəki bəzi siyasi qüvvələr torpaqlarımızın azad olunması uğrunda mübarizədə dövlətin apardığı müharibəyə, cəmiyyətin dəstək verdiyi müharibədə necə ki, passiv və laqeyd idilər, onlar 44 günlük müharibədən sonrakı dövrdə azad olunmuş ərazilərimizin bərpasında və burada dəstək göstərən hərbçilərə dəstək verilməsində də eynilə laqeyddirlər. Açıq demək lazımdır ki, onlar öz üzərlərinə dövlətçilik əhəmiyyəti daşıyan hər hansı bir məsuliyyət və yük götürmək istəmirlər, buna qadir deyillər. Əksinə, yük götürən və bu məsuliyyəti daşımaq istəyənlərə isə kənardan perspektivsiz şəkildə qarayaxmaqla məşğuldurlar".