Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən 1995-ci il təvəllüdlü Vasif İmanlının cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hakim Rasim Sadıxovun icraatında olan prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə V.İmanlı 8 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, V.İmanlı 8 fevral 2017-ci ildə Siyəzən rayonunda yerləşən evdən 13 min 500 manat dəyərində qızıl zinət əşyaları oğurlayıb. Həmin qızılları 2600 manata sataraq pulu xərcləyib.