Dünən Goradil çimərliyində dənizdə batan şəxslərin kimliyi məlum olub.
İctimaifikir.az lent.az-a istinadən xəbər verir ki, küləkli hava şəraitində suda boğularaq ölən şəxslər 1995-ci il təvəllüdlü Mehtiyev Təbriz Vilayət oğlu və 1994-cü ildə anadan olmuş Teymurov Müvhid Tehmir oğlu olub. Onların hər ikisi Cəlilabad rayon sakinidir və çimərliyə birgə gəliblər.
Hazırda suda boğulan gənclərin meyitinin tapılması istiqamətində iş aparılır.