"5 uşağın doğulmasından qorxmayacaq adamla bərabər olaram"

Müğənni Hadisə "Elle” jurnalı üçün obyektiv qarşısına keçib. 
"5 uşağın doğulmasından qorxmayacaq adamla bərabər olaram"
Axşam.az-ın məlumatına görə, ifaçı şəxsi həyatı ilə bağlı açıqlamalar verib. O, ömründə yalnız bir nəfərə aşiq olduğunu deyib: 

"Hazırda heç kimlə sevgili deyiləm. Onsuz də mən ömrümdə bir dəfə aşiq olmuşam, o da ilk sevgilimdir. Çox uzun zaman oldu”. 

31 yaşlı müğənni özünü ana olmağa hazır hiss etdiyini bildirib:
 
"Bu adamla ailə qura bilərəm” deyəcəyim biri olsa, mütləq ana olacağam. Mənimlə 3, 4, 5 uşağı olmasından qorxmayacaq bir adamla bərabər olaram”. 

Hadisə artıq çəkilərini müzakirə edənlərə də cavab verib:
 
"Mən mübariz bir ruha sahibəm. Kimsə istəyir də, xoşlamadığım birinə çevrilə bilmərəm. Necə xoşbəxtəmsə, elə də yaşayıram. Niyəsə bizim ölkədə yançaqlı olmaq kök kimi dəyərləndirilir”. 





[email protected]