SON XƏBƏRLƏR
Bakıda binada yanğın olub, 3 sakin xilas olunub, 20-si təxliyə edilib

Bakı şəhəri, Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının şaxtasından (10-cu mərtəbədən 11-ci mərtəbəyə qədər) keçən elektrik kabelləri 10 p.m  yanıb.


Fövqəladə Hallar Nazirliyindən  verilən məlumata görə, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 3 nəfər bina sakini xilas, 20 nəfər təhlükəsiz əraziyə təxliyyə olunub və 3 nəfərə Təcili Tibbi Yardım Xidməti tərəfindən ilkin tibbi yardım göstərilib. Mənzillər yanğından mühafizə olunub.

 

Yanğın saat 00:56-da yanğınsöndürənlər tərəfindən söndürülüb.




[email protected]