SON XƏBƏRLƏR
Bakıda hamamda çimən uşağı cərəyan vuraraq öldürüb

Bakının Binəqədi rayonunda bədbəxt hadisə baş verib.

İctimaifikir.az report.az-a istinadən bildirir ki, Biləcəri qəsəbəsindəki yaşayş evlərindən birində 2010-cu il təvəllüdlü Hüseynov Paşa Hafiz oğlu hamam otağında duş alarkən onu qəfildən cərəyan vurub.

Uşaq ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. 

Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Paraloji Anatomiya Birliyinə təhvil verilib. Ölümün dəqiq səbəbləri araşdırılır.




[email protected]