"Öz ölkəmdə heç kim ağzını açmadı, Türkiyədə isə..." - müğənninin xanımı əsəbiləşdi
Bikini firmalarından birinin kataloqu üçün kamera qarşısına keçən və verdiyi pozlarla müzakirə mövzusu olan Emina Sandal fotolarıyla bağlı açıqlama verib. Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, müğənni Mustafa Sandalın serbiyalı xanımı ərinin həmin fotolardan narahat olmadığını deyib: "Çox qəribədir. Mənim ölkəmdə heç kim ağzını açmadı, amma Türkiyədə məni Mustafanın həyat yoldaşı kimi tanıyırlar. Mövzuya "evli, iki uşaq anası necə belə poz verə bilər?” düşüncəsiylə yanaşırlar. Mən soyunmadım, çimərliyə də o cür getmirəm. Bundan başqa, bir çox ulduzun çimərlikdə şəkilləri çəkilir. Burda nə var ki? Mən işimi gördüm, utanmalı heç nə etmədim. Bu, Mustafa ilə aramda heç bir problem də yaratmadı”.