Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədova bacıları Azərbaycanda olan türkiyəli müğənni Kibariyə ilə bir araya gəliblər.
Axşam.az-ın məlumatına görə, müğənni bacılar türk həmkarları ilə fotolarını sosial şəbəkədə paylaşıblar. Kibariyə ilə görüşənlər arasında Gülyaz Məmmədovanın oğlu Ramazan Şərifzadə də olub.
Qeyd edək ki, Kibariyə Rusiyada fəaliyyət göstərən tanınmış iş adamının övladının toyunda iştirak etmək üçün Şəmkir rayonunun Şiştəpə kəndinə gəlib.