Sevdanın geyimi plagiat çıxdı

Azərbaycanın daha bir məşhur müğənnisi plagiata əl atıb. Ancaq bu dəfə nə mahnının sözləri, nə də ki, bəstə oğurlanıb. 

Sevdanın geyimi plagiat çıxdı

İctimaifikir.az xəbər verir ki, Sevda Yəhyayeva yeni fotosessiyasının "backstage”ni rəsmi instaqram hesabında paylaşıb. 

Həmin görüntülərdə Sevdanın dünya ulduzu Jenifer Lopezin "Ni Tú Ni Yo” klipindəki obrazı ilə eyni olması diqqətdən yayınmayıb. 

Hər iki məşhurun layihələrindəki bənzərlik ən çox geyimdə hiss olunur. 

Xatırladaq ki, Sevdanın imici üzərində Anar Ağakişiyev çalışıb. Sözügedən libası isə modelyer Fikrət Əliyev hazırlayıb. 

 




[email protected]