Məşhur qrupun solisti intihar etdi

ABŞ-ın "Linkin Park" qrupunun solisti Çester Benninqton intihar edib.

İctimaifikir.az  xəbər verir ki, 41 yaşlı musiqiçi planlaşdırılmış fotosessiyadan bir neçə saat əvvəl özünə qəsd edib.

Benninqtonun meyiti Kaliforniyadakı evində tapılıb. Onun ailəsi şəhəri tərk etdikdən sonra tək qalan musiqiçi özünə qəsd edib. Çesterin ölümü barədə ev işləri üzrə köməkçisi məlumat verib.

Ölüm Hollivudda planlaşdırılmış fotosesiyadan bir neçə saat əvvəl baş verib. Polis əməkdaşlarından bir neçə dəqiqə sonra Benninqtonun dostları da hadisə yerinə yollanıblar. Musiqiçilər bu xəbərdən şok keçiriblər.

Məlumdur ki, Çester uzun illər narkotik maddə və spirtli içkilərə olan asılılığından əziyyət çəkib.




[email protected]