"Bütün otel həyətdədir" - İlkin Həsəninin Türkiyə istirahətini zəlzələ pozdu - FOTO

Xəbər verdiyimiz kimi, Türkiyənin Muğla sahillərində 6,7 bal gücündə zəlzələ baş verib. Zəlzələ daha çox əyalətin Bodrum və Dacia şəhərlərində hiss olunub.  

İctimaifikir.az  qafqazinfo-ya istinadən xəbər verir ki, Bodrumda istirahətdə olan məşhur simalar da sosial şəbəkədə hadisə ilə bağlı paylaşım edib. 

"Bütün otel həyətdədir" - İlkin Həsəninin Türkiyə istirahətini zəlzələ pozdu - FOTO

Teleaparıcı İlkin Həsəni qaldıqları oteldə hər kəsin həyətdə olduğunu söyləyib:

"Ekstrim istirahətimiz davam edir. Rəsmən 2000-ci ildə baş verən Bakı zəlzələsinin həyəcanını yaşadıq. 6.8 bal ,nə bal! Bütün otel həyətdədir. Salamatçılıqdır,dağıntı və tələfat yoxdur".

 

Bundan əlavə, Həsəni hadisə yerindən çəkilən fotoları izləyiciləri ilə bölüşüb.




[email protected]