Castin bu evə ayda 200 min verir - foto

Müğənni Castin Biber oktyabr və noyabr aylarında Londonda konsert verəcək.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, ifaçı konsertlərinə hazırlaşmaq üçün adı çəkilən şəhərdə məskunlaşıb.

Los-Ancelesdən Londona köçən Castin qalacağı ev üçün ayda 108 min pound (təxminən 200 min AZN) verir. 

İl ərzində 56 milyon dollar qazanan sənətçinin villasında 15 yataq otağı, kino salonu, açıq-bağlı üzmə hovuzu, tennis kortu və bir zirzəmi var.
 
 
 
 
 
 
 
 
 





[email protected]