Dünyanın ən məşhur modellərindən biri, tatar İrina Şeyk dünən ABŞ-ın Los-Anceles şəhərində qızı Lini gəzintiyə çıxarmışdı.
İctimaifikir.az TMZ-yə istinadən bildirir ki, 31 yaşlı İ.Şeyk amerikalı aktyor Bredli Kuperlə qeyri-rəsmi nikahda qızını mart ayında dünyaya gətirib.
4 aylıq Li anasının qucağında idi və onun fotolarını çəkən reportyorlara maraqla baxırdı.
Media mənsublarının diqqətini İrina Şeykin barmağındakı zümrüd və brilyant qaşlı üzük də cəlb edib.
Bredli Kuper həftəsonu Britaniyada idi. O, Uimbldon turnirinin final yarışlarına tamaşa edirdi.