"Həmsədrlər Qarabağ münaqişəsinin həlli ilə bağlı üçmərhələli plan hazırlayıblar" - Deputat

 "Həmsədrlər Qarabağ münaqişəsinin həlli ilə bağlı üçmərhələli plan hazırlayıblar" - Deputat

"Prezident İlham Əliyevin dediyi kimi, əgər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar doğrudan da mahiyyəti üzrə başlanacaqsa, bu müsbət haldır. Əks halda biz Ermənistanın, işğalçının nazı ilə oynamaq niyyətində deyilik. Cənab prezident bildirdi ki, Ermənistan qətlə yetirilmiş qızcığaza və nənəsinə görə cavabını aldı. Amma əgər belə olmazsa, bu qisaslar gələcəkdə davam oluna da bilər".

Bunu   Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, politoloq Rasim Musabəyov prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikirlərini şərh edərkən deyib.


 

 

Millət vəkilinin sözlərinə görə, əslində son dövrlər münaqişənin həlli istiqamətində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iyulun 11-də Brüsseldə görüşünün baş tutmasından başqa heç bir nəticə yoxdur:

"Təbii ki, ermənilər ilkin şərtlər ortalığa qoyurdular ki, cəbhə xəttində onlarına istəyinə uyğun tədbirlər görülsün. Lakin onların şərtlərinin heç biri həyata keçirilmədi və danışıqlar onların istəyinə uyğun aparılmadı. Amma hələlik substantiv, yəni mahiyyət üzrə də danışıqlar getmir". 

Lakin R.Musabəyov qeyd edib ki, vasitəçilərin münaqişənin həlli ilə bağlı yeni planları var: "Məndə olan məlumata görə, ATƏT-in Minsk qrupunun həmsədrləri hansısa yeni üçmərhələli plan-təkliflər hazırlayıblar. Ola bilsin ki, təkliflər tərəflərə göndərilib və onlar hələ öyrənilməldir, ancaq hər halda sentyabrda BMT Baş Assambleyasının sessiyası çərçivəsində xarici işlər nazirlərinin növbəti görüşü gözlənilir. Hələlik bu görüşün də baş tutacağını indidən demək çətindir. Eyni zamanda prezidentlərin də görüşü ilə bağlı təklif var. Əgər belə təklif varsa, deməli, bunun arxasında hansısa konkret məsələlər durmalıdır. Əks halda dövlət başçılarının da görüşməsinə ehtiyac yoxdur".




[email protected]