Nəşriyyat diqqət gözləyir

Bakı şəhəri, Mətbuat prospektində yerləşən Azərbaycan Nəşriyyatına diqqət yetirməyin vaxtı yetişmişdir. Əslində, nəşriyyat binasında yüzlərlə yazıçı, şair, jurnalist fəaliyyət göstərdiyindən bu məsələ həll olunmalıdır. Yəni binanın qarşısında Sovet dönəmindən qalan və illərdən bəri ləğv olunan "əsərlərdən” fraqmentlər "göz oxşayır”. Ən maraqlısı budur ki, nəşriyyatın içərisində bütün nəşrlər latın qrafikası ilə dərc olunduğu halda, binanın önündə çoxdan bəri ləğvinə qərar verilən kiril əlifbası həkk olunmuşdur. Hələ ki, bu qədər…

Çünki hətta millət vəkillərimizin belə təşrif buyurduğu bu binanın mərtəbələrindəki vəziyyətin şərhi kağızlara sığmaz bir mövzudur. Elə isə çöldən başlamaq üçün Tanrı bizə qüdrət və qüvvət versin. Amin.

 

İctimaifikir.az 

 





[email protected]