Kırım türklərinin lideri prezident Ərdoğanla qapalı görüş keçirdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Krım Tatar Məclisinin lideri Mustafa Cəmilovu qəbul edib.

İctimaifikir.az xəbər verir ki, bu barədə informasiya Türkiyə prezidentinin rəsmi saytında yer alıb. Görüş Ankaradakı prezident sarayında olub və 45 dəqiqə davam edib. Görüşdə nələrin müzakirə olunduğu açıqlanmayıb.

Qeyd edək ki, Krım Tatar Məclisi Krımın anneksiyasından sonra yarımadadan tamamilə çıxarılıb. Moskva 2016-cı ildən bu təşkilatı ekstrimist qurum sayıb və ölkədə qadağan edib.




[email protected]