"Bəzən insan istəyir ki, rahat olsun, amma..." - xalq artisti

"ARB Ulduz”un "Şou-məkan” proqramının növbəti qonağı xalq artisti Mənsum İbrahimov olub.

İctimaifikir.az-ın  məlumatına görə, qastrol səfərindən yeni qayıdan muğam ifaçısı əvnəbiləri belə heyran etməyi bacardıqlarını deyib:


"Bəzən insan istəyir ki, rahat olsun, amma..." - xalq artisti
"Azərbaycan musiqisi o qədər zəngindir ki, dünyanın hər bir yerində yüksək səviyyədə qarşılanır. Amma hər bir konsertin öz tamaşaçısı var. Bizim üçün də sevindirici oldu ki, tamaşaçılar böyük maraqla bizi qarşıladılar. Azərbaycan mahnısı oxunub qurtarandan sonra bütün salon ayağa qalxırdı. Konsertdəki tamaşaçıların 90 faizi əcnəbilər idi.

Hələ istirahət haqda düşünmürəm. Çünki iyulun 5-nə qədər imtahanlarımız var. İmtahan komissiyasının üzvüyəm. Ondan sonra qısamüddətli şəkildə bölgələrimizdə istirahət etməyi düşünürəm".

M.İbrahimov məşhurluğun onu narahat etdiyini etiraf edib:

"Bəzən insan istəyir ki, rahat olsun. Amma alınmır. Diqqət mərkəzində olmaq xoşdur. Xalqın sənətkarıyıq. İnsanlar ancaq məhəbbətlərini bildirirlər. Buna sevinmək lazımdır.

Əgər bu gün sənətkar meydandadırsa, qısqanclıq, paxıllıq deməzdim, rəqabər olacaq. Bu, normaldır. O insana rəqib olmur ki, o heç bir iş görmür, onu hamı tərifləyir. İş görən insanın təbii ki, rəqibi də olacaq, onun işinə nöqsan tapan da olacaq”.




[email protected]