Ötən ilin dekabrında vəfat edən məşhur aktrisa Kerri Fişerin narkotikdən istifadə etdiyi təsdiqlənib.
İctimaifikir.az-ın Axşam.az-a istinadən məlumatına görə, məhkəmə-tibbi ekspertizasının nəticələri Fişerin narkotik maddələrdən istifadə etdiyini deməyə əsas verir.
![]()
Belə ki, "Ulduz döyüşləri” (Star Wars) filmində şahzadə Leya rolunu canlandıran 60 yaşlı aktrisanın orqanizmində heroin, kokain və ekstazi izlərinə rastlanıb.
Qeyd edək ki, ötən ilin dekabrın 26-da İngiltərənin paytaxtı Londondan ABŞ-ın qərbindəki Los-Ancelesə uçan təyyarədə enişə 15 dəqiqə qalmış Kerrinin səhhətində ciddi problem yaranıb.
K.Fişer dərhal xəstəxanaya çatdırılsa da, bir gün sonra dünyasını dəyişib. Onun infarkt keçirdiyi bildirilib.

