Azərbaycanlı müğənni yeriməkdə çətinlik çəkir
Müğənni Şamo İsayev səhhətindəki problemlərdən danışıb.
Axşam.az-ın məlumatına görə, "5-də 5” verilişinin qonağı olan sənətçi yeriməkdə çətinlik çəkdiyini, ayaqlarında problem olduğunu deyib:
"Virus patologiyalı ağır qrip keçirdim. Gecə toydan gəldim, səhər Rusiyadan gələn yoldaşlarla görüşməliydim. Gördüm, sol ayağım keyiyib. Uzun müddət müalicə aldım. Qrip xəstəliyinin ağırlaşmış forması imiş. Əvvəlki vəziyyətimə qayıtmaq üçün idman lazım idi. Onu da edə bilmirəm. 60 yaşımı keçirmişəm. Məni musiqi yaşadır. Ətrafımda ailə üzvlərim, yaxınlarım, 3 övladım var. Hamısı ailəlidir”.
[email protected]