Hollivud ulduzu Cim Kerri ayrıldığı sevgilisi Katriona Uayts intiharına görə hakim qarşısına çıxacaq.
İctimaifikir.az Axşam.az-a istinadən xəbər verir ki, 2015-ci ilin sentyabrında dərman içərək intihar edən qızın ölümünə səbəb Cimin ondan ayrılması olub. Katrionanın içdiyi dərmanlar isə aktyora məxsus imiş. Bu səbəbdən Hollivud ulduzunun dərmanlarının hansı şəraitdə sevgilisinin evində olmasını araşdırmaq üçün məhkəmə prosesi başlayıb.
Xatırladaq ki, Uaytsın ölümündən sonra anası Bricit Svitmen məhkəməyə müraciət edərək qızının ölümündə Cim Kerrini ittiham etmişdi. Onun sözlərinə görə, dəri-zöhrəvi xəstəliyinə tutulan Cim bunu Katrionadan gizlətmiş, lakin daha sonra xəstəliyində Katrionanı günahlandırmış, onu əxlaqsız adlandırmışdı. Məhz bu ittiham qızın intiharına səbəb olub. Üstəlik, Uayts bunu Cimin dərmanları ilə edib.
İttihamlarla bağlı analizləri ictimaiyyətdən gizlədən və məhkəməyə təqdim etməyən Kerri isə dərmanlarının Katriona tərəfindən oğurlandığını bildirib. Bricit bununla razılaşmayaraq yenidən məhkəməyə müraciət edib.
[email protected]