Həbsdə olan müğənni Dəniz Səkini tərk etdiyi deyilən Faruk Salman danışıb.
İctimaifikir.az axşam.az-a istinadən bildirir ki, Salman Dənizdən ayrılması ilə bağlı deyilənlərin doğru olmadığını bildirib:
"Ayrılmağımızla bağlı iddianın ortaya atıldığı gün bibim dünyasını dəyişmişdi. Dəniz xanımı həbsxanada ziyarət edəcəkdim, amma jurnalistlər orada idi. Bazar ertəsi isə onun yanına getməməyimin səbəbini özünə çatdırmışam. Dənizi tərk etməmişəm. O qız həbsdə ikən bir dəliqanlı bunu etməz".
Xatırladaq ki, Faruk Salmanın atasının təhriki ilə Dəniz Səkidən ayrıldığı, hətta uzun müddət gizlənən müğənnini polisə xəbər edənin də gələcək qayınatasının olduğu deyilirdi.