Mançesterdə baş verən terror aktından sağ çıxan müğənni Ariana Qrande çox kədərli olduğunu bildirb.
İctimaifikir.az-ın Musavat.com-a istinadən məlumatına görə, müğənni bu barədə tvitter sosial şəbəkəsində yazıb: "Qəlbimin dərinliklərindən qırıldım. Çox-çox kədərliyəm. Kəlimələr acizdir”.
Qeyd edək ki, amerikalı müğənni Ariana Qrande İngiltərənin Mançester şəhərindəki "Mançester arena”da konsert verərkən, son mahnısını ifa etdikdən sonra stadionda iki partlayış meydana gəlib. Nəticədə 19 nəfər ölüb, 50-dən çox insan yaralanıb. Polis hadisəni terror kimi dəyərləndirir.