İlin toyu oldu: milyarderlə şahzadənin baldızı evləndilər - FOTO

Britaniya şahzadəsi Uilyamın xanımı, Kembric hersoginyası Ketrin Middltonun bacısı, 33 yaşlıFilippa (Pippa) Middltonla 41 yaşlı maliyyəçi-milyarder, " Eden Rock Capital Management" hec-fondunun sahibi Ceyms Mettyuzun toyu olub.

İlin toyu oldu: milyarderlə şahzadənin baldızı evləndilər - FOTO

"Eden Rock Hotel" otellər şəbəkəsi də Mettyuza məxsusdur.

İctimaifikir.az ABC-yə istinadən bildirir ki, Mettyuzla Middlton 10 il tanış olsalar da, onlar ötən il bir-birlərinə aşiq olublar.

Nikah mərasimi Londondan qərbdəki Berkşir qraflığında, Enqlfild şəhərində yerləşən Müqəddəs Mark kilsəsində keçirilib. 12-ci əsrdə inşa olunmuş kilsə Middlton bacılarının uşaqlıq illərini keçirdikləri Baklberi kəndindən cəmi 9 km aralıdadır.

Toy günü kilsənin ətrafındakı bütün yollar qonaqlar istisna olmaqla hər kəs üçün bağlı olub. Yolların kənarına "Lütfən, qapalı tədbirə qatılanları narahat etməyin!" yazılmış lövhələr qoyulmuşdu.

Britaniya toyu bu mərasimi "İlin toyu" adlandırıb.

Qonaqlar arasında şahzadələr Uilyam və Harri, tennisçi Roje Federer, Pippanın qardaşı, "Made in Chelsea" realiti-şousunun ulduzu Spenser Mettyus da vardı.

Ketrin Middltonun oğlu və qızı isə toyda "çiçək pajları" idilər.

 

Nikahla toyun özü çox gözəl təşkil olunmuşdu. Pippa Middltonu kilsəyə atası gətirib. Onun yanında isə bacısı Ketrin və qardaşı Ceyms durmuşdular.

Gəlinin geyimi britaniyalı modelyer Caylz Dikonun əsəri idi. Uzun fatanın müəllifi modelyer Stiven Cons, fil dişi rəngindəki atlas tuflilərin müəllifi isə Manolo Blanik idi.

Nikah mərasimi başa çatandan sonra qonaqlar Middltonların malikanəsinin həyətində quraşdırılmış şüşə çadıra yığışıblar.

Toyda 150 qonaq vardı.

2,3 milyon dollara başa gəlmiş toyda qonaqlara 1 butulkasının dəyəri 6320 dollar olan 750 şüşə "Nyetimber 2010 Blanc de Noir Millington" şərabı verilib.

Bu gün təzə bəylə gəlin "bal ayı"na yollanıblar. Onlar "bal ayı"nı Fransa Polineziyasındakı Tetiaroa adasında keçirəcəklər. Bu ada əvvəllər əfsanəvi aktyor Marlon Brandoya məxsusdu.




[email protected]