Məhkəmənin qərarına baxmayaraq teleaparıcı Dmitri Şepelev hələ də oğlu Platonu mərhum müğənni Janna Friskenin doğmalarından gizlədir.
İctimaifikir.az axşam.az-a istinadən bildirir ki, bu səbəbdən ifaçının yaxınları Şepelevin çıxarılan qərarı yerinə yetirməməsinə görə yenidən məhkəməyə müraciət etməli olublar. Hakim bu dəfə Dmitri Şepelevin ölkə sərhədindən kənara çıxmasına qadağa qoyub. Qadağa mayın 1-dən iyunun 1-dək qüvvədədir.
Janna Friskenin yaxınları Platonu onlara göstərməmək üçün Şepelevin uşağı Rusiyadan xaricə çıxarmaq fikrində olduğunu iddia edirlər.