Kiyev meri Vitali Kliçkonun rəqsi sosial şəbəkələrdə yayılıb.
İctimaifikir.az Kult.az-a istinadən xəbər verir ki, videonu Tvitter hesabından merin mətbuat katibi Oksana Zinovyeva paylaşıb.
O.Zinovyeva bildirib ki, V.Kliçko bu rəqsi ilə "Avroviziya” beynəlxalq mahnı müsabiqəsinin təşkilatçılığında böyük dəstək nümayiş etdirən könüllülərə təşəkkür edib.
Qeyd edək ki, müsabiqə bu gecə başa çatıb. Kiyevdə baş tutan finalda Portuqaliya təmsilçisi Salvador Sobral ümumilikdə (ölkələrdən və tamaşaçılardan) topladığı 758 xalla qalib olub.