"Yetenek sizsiniz Türkiye"nin qalibi, komediya aktyoru Atalay Demircinin FETÖ terror təşkilatı ilə əlaqəsinə dair araşdırma davam etdirilir.
İctimaifikir.az-ın Axşam.az-a istinadən məlumatına görə, iddianamə hazırlanaraq məhkəməyə göndərilib. İddianamədə aktyorun "silahlı terror təşkilatına üzv olduğu" ittihamı yer alıb. Nəticə olaraq A.Demirci üçün ağırlaşdırılmış ömürlük həbs cəzası və ya 10 illik həbs cəzası tələb edilib.
Aktyorun FETÖ ilə əlaqəsinin olduğu deyilən digər məşhurlar Hakan Şükür və Enes Kanterlə apardığı Tvitter yazışmaları da iddianamadə yer alıb. Demirci H.Şükürün "Qalatasaray"dan uzaqlaşdırıldığı dövrdə onu təsəlli etmiş, E.Kanterin isə FETÖ-çu olduğu ortaya çıxdığı andan sonra ona "Allah köməkçimiz olsun, səni məcburən izləmədən çıxarmalıyam, başa düşərsən" yazıb.
Demirci 15 iyul "Darbe" günündən 10 gün əvvəl Enes Kanter və Hakan Şükürlə görüntülü danışdığını bildirib. O, Kanterə aldığı 100 min dollar borcu dediyi tarixdə ödəyəməyəcəyini bildirmək üçün görüşdüyün deyib.
Aktyor H.Şükürlə isə öz şəxsi problemləri üçün görüşdüyünü vurğulayıb.
O, Fətullah Gülənlə görüşdüyünü, bu görüşlərdən bir qazancının olmadığını bildirib. Demirci qatıldığı yarışmalarda təşkilatın onun üçün sms göndərdiyini ifadə edib. O, F.Gülənin təşkilatını sadəcə "dinə xidmət edən" kimi tanıdığını söyləyib. A.Demirci özünü təşkilatın üzvü kimi görmədiyini, amma aldadıldığını və istifadə edildiyini hiss etdiyini əlavə edib.
Aktyor "Təşkilat üçün etdiyi xidmətlərdən" peşmanlıq keçirdiyini də etiraf edib.
[email protected]