"Star TV”də yayımlanan "Zuhal Topalla” izdivaç verilişində yer alan model Əli Əkbərə azərbaycanlı namizəd gəlib.
Axşam.az-ın məlumatına görə, Əzizə adlı xanım 25 yaşı olduğunu, uzun illər Almaniyada, daha sonra isə Türkiyədə yaşadığını deyib.
Əli Əzizəni bəyənməyib və onunla münasibət qurmaq istəmədiyini deyib.
Veriliş zamanı Lamiyə adlı daha bir azərbaycanlı qız da Əliyə namizəd gəlib. Lamiyə 5 ildir İstanbulda yaşadığını, təhsil aldığını söyləyib. Ə.Əkbər Lamiyəni də bəyənməyib.