Şirvan sakinindən narkotik vasitələr götürülüb

Şirvan şəhər sakinindən narkotik vasitə olan marixuana və heroin götürülüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Şirvan Şəhər Polis Şöbəsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Elçin Nəcəfovdan 445 qram marixuana və 0,50 qram heroin aşkar edilərək götürülüb.

E. Nəcəfov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.


[email protected]