Kanal D-nin baxımlı seriallarından olan "Hayat Şarkısı"nın çəkiliş meydançasında bədbəxt hadisə baş verib.
İctimaifikir.az "Hürriyet"ə istinadla bildirir ki, ekran işində Bayram Cevher obrazını canlandıran aktyor Ahmet Mümtaz Taylan xəstəxanalıq olub.
O, həmkarları ilə zarafatlaşarkən qabırğasını qırıb. Xəstəxanadan verilən məlumata görə, onun vəziyyəti normaldır.