Bakıda sərnişin taksi sürücüsünü bıçaqlayıb

Bakının Binəqədi rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib.

Bakıda sərnişin taksi sürücüsünü bıçaqlayıb

İctimaifikir.az "Report"a istinadən bildirir ki, rayonun Biləcəri qəsəbəsində taksi sürücüsü kimi fəaliyyət göstərən 1987-ci il təvəllüdlü Babayev Natiq Akif oğlu ilə sərnişin arasında dava düşüb.
Nəticədə sərnişin (hələlik adı açıqlanmır) N.Babayevə bıçaq xəsarətləri yetirib. Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.




[email protected]